"Citrus Technologies" şirkəti 2021-ci ildə 15 ildən artıq bir yerdə işləyən dörd İT mütəxəssisi tərəfindən təsis edilib. Müxtəlif layihələrdə kifayət qədər təcrübə qazanmış, həm komanda şəklində, həm də müstəqil şəkildə çalışaraq, bir qrup gənc, istedadlı və təşəbbüskar peşəkarlar öz müştərilərinə daha geniş çeşiddə keyfiyyətli İT xidmətləri göstərmək üçün şirkət yaratmaq qərarına gəliblər.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Citrus Technologies-in təsisçilərinin hər biri öz sahəsində mütəxəssisdir - bu, bizə şəbəkələşmə, sistem administrasiyası və kibertəhlükəsizlik sahələrində həllər təqdim etməyə imkan verir.
Biz sizin mesajınıza ən qısa zamanda cavab verəcəyik. Orta cavab müddəti 24 saatdır.